Aparıcı Zaur Kamal bir neçə gün əvvəl əməliyyat edilən müğənni Mətanət Əsədovanı xəstəxanada ziyarət edib.
Teleqraf.com xəbər verir ki, Mətanət Əsədova çəkilişə mane olmağa çalışıb: “Halım yoxdur. Yeganə insansan ki, çəkilişlə gəlmisən. Neçə gündür ki, heç kimi çəkməyə qoymamışam. Hamı mənə görə narahatdır”.
Qeyd edək ki, Mətanət Əsədova bronxlarından əməliyyat edilib. O, əməliyyatdan sonra komaya düşmüşdü.