Türkiyəli məşhur müğənni Gülşən Bakıda konsert proqramı ilə çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, Mega Müzik şirkətinin təşkil etdiyi konsert mayın 27-də Bakı Konqress Mərkəzində keçiriləcək.

Yeddi illik fasilədən sonra yenidən Bakıda komandası ilə səhnəyə çıxacaq müğənni saat yarımlıq proqramda sevilən hitlərini səsləndirəcək. Səhnədə fərqli obrazlara üstünlük verən Gülşən paytaxtımızda da özünəməxsus tərzi ilə diqqət çəkəcək.

Belə ki, sənətçiyə Bakı səhnəsi üçün xüsusi geyim hazırlanır.

Qeyd edək ki, konsertə biletlərin qiyməti 35 manatdan 220 manatadəkdir.