Türkiyəli aktrisa Hülya Avşar Prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın sənət nümayəndələri üçün təşkil etdiyi iftar dəvəti haqqında təəssüratlarını bölüşüb.

Teleqraf.com xəbər verir ki, Hülya Avşar siyasətdən uzaq bir mənzərənin ona xoş təsir bağışladığını söyləyib:

"Türkiyə prezidentinin iftar süfrəsinə getmək çox xoşdur. Siyasətdən, qarışıqlıqdan uzaq, hamının bir-birinin üzünə gözəl baxdığı bir mühitdə…İldə bir dəfə təşkil edilən dəvətdə bir-birimizdən hal-əhval soruşmaq xoş təsir bağışlayır”.