Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial şəbəkədə Bakıda ticarət mərkəzlərinin birində pərəstişkarları ilə baş tutan görüşündən video paylaşaraq bunu ən böyük görüş adlandırıb.
Teleqraf.com xəbər verir ki, Hüseyn Həsənov şəxsi İnstaqram hesabında video paylaşaraq “Uşaqlar, bu mənim üçün çox həyəcanlı andır. Tarixin ən böyük pərəstişkar fanat görüşü… Siz sevirəm”,-deyə qeyd edib.
Qeyd edək ki, Hüseyn Həsənov pərəstişkarları ilə izdiham yaşanan görüşdə 5 dəqiqə qalıb. O, pərəstişkarlarına görüşdə bahalı telefon verəcəyini vəd edib.
Amma vəd yerinə yetirilməyib.