Türkiyənin məşhur aktyoru Camal Hünal Teleqraf.com-un “Sözünü de” layihəsinin eksklüziv qonağı olub.

Bakıda “Yanlış anlama 2” filminə çəkilən Caemal Hünal yaradıcılığından danışıb.

“Issız Adam” filmindən Alper obrazı ilə məşhurluq qazanan aktyor baş rol oynadığı heç bir ekran əsərini izləmədiyini deyib.

Şəxsi həyatını mətbuatdan uzaq tutan Camal Hünal ilk evliliyinin qısa davam etdiyini və ikinci dəfə evləndiyini də etiraf edib. Aktyor onu da deyib ki, mətbuatda subay kimi təqdim edirlər.

Qadınlar haqqında maraqlı fikirləri ilə diqqət çəkən aktyor “sərsəri” qadınlardan xoşu gəldiyini də etiraf edib.

Camal Hünal ilə səmimi video-müsahibəni təqdim edirik:

Video: Ayxan Məlikov