Özəl xəstəxanaların birində əməliyyat edilən əməkdar artist Çingiz Əhmədov səhhətindən danışıb.

Əməkdar artist Teleqraf.com-a açqılamasında səhhətinin yaxşı olduğunu deyib:

“Ötən gün əməliyyat edildim. Sabah yox, birisi gün xəstəxanadan çıxacam. Axır vaxtlar pis idim. Aparıcı Lalə Azərtaşın tövsiyəsi ilə bu xəstəxanaya gəldim. Həkimlərə təşəkkür edirəm. Səhhətim normaldır”.

Qeyd edək ki, Çingiz Əhmədovun qarın ön divarında əməliyyatdan sonra yırtıq yaranıb. Əməliyyat nəticəsində qarın hissəsində olan yırtıq ləğv edilib.