İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin oğlu Bruklin Bekhem milyarder Nelson Petsin qızı ilə evlənib.

Teleqraf.com xəbər verir ki, 23 yaşlı Bruklin amerikalı aktrisa Nikola Anne Peltslə ailə qurub. Cütlüyün toy mərasimi Florida ştatında yerləşən ailə malikanəsində baş tutub.

Toy mərasiminə 3 milyon funt sterlinq xərclənib.

Yeni evlənənlər eksklüziv çəkiliş hüquqlarını “Vogue” jurnalına satıblar.

Qeyd edək ki, cütlük toy öncəsi evlilik sözləşməsi imzalayıb. Tərəflərin belə addım atmasına səbəb aktrisanın milyarder atası Nelson Peltsdir. Sözləşmənin detallarına əsasən, Bruklin və Anne boşansa, onlar ailələrinin bütün sərvətindən məhrum qalacaqlar.