BAKI, 19 noyabr. TELEQRAF
İspaniya Ukraynaya hərbi və digər sahələrdə yardım məqsədilə 817 milyon avro ayırmaq qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin baş naziri Pedro Sançesə istinadən Reuters məlumat yayıb.
Agentliyin məlumatına görə, ayrılan vəsaitin 100 milyon avrosu ABŞ-dən silah alınmasına sərf ediləcək. Bu alışlar Ukraynanın Prioritet Tələblər Siyahısı (PURL) çərçivəsində həyata keçiriləcək.
Bundan əlavə, 200 milyon avro Ukraynanın energetika infrastrukturunun bərpasına yönəldiləcək.