BAKI, 20 aprel. TELEQRAF

“AtaSığorta” ASC-nin lisenziyası ləğv edilib.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, qurumun lisenziyası könüllü müraciət əsasında ləğv edilib.

"Cəmiyyətin lisenziyasının ləğvi sığorta sektorunun maliyyə dayanıqlılığı və sabitliyinə heç bir təhdid yaratmır. Ləğvetmə prosesi Azərbaycanın qanunvericiliyi çərçivəsində Mərkəzi Bank tərəfindən nəzarətdə saxlanılacaq", - deyə tənzimləyicidən bildirilib.