BAKI, 2 sentyabr. TELEQRAF
Avqust ayında 764 nəfərin Azərbaycandan çıxmasının, 35 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ölkədən çıxışı qadağan edilmiş 764 şəxsin xaricə getməsinin, ölkəyə girişi qadağan olunan 35 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.