BAKI, 20 aprel. TELEQRAF
Londonun ICE birjasında “Brent” markalı xam neftin fyuçersləri müvəqqəti ucuzlaşmadan sonra 95.25 dollara yüksəlib.
Teleqraf xəbər verir ki, "Brent" markalı neftin qiyməti 5.39% artıb.
WTI xam neftinin fyuçerslərinin qiyməti isə 5.89% artaraq barel üçün 88.79 dollara bərabər olub.
03.29
Beynəlxalq birjalara istinadən "Brent" markalı neftin qiyməti son hadisələr fonunda kəskin bahalaşaraq bir barel üçün 96 dollara yüksəlib.
Teleqraf xəbər verir ki, qiymət artımı ABŞ və İran arasında danışıqların ləğv edilə biləcəyi ilə bağlı xəbərlər və İran gəmisinin ABŞ hərbçiləri tərəfindən ələ keçirilməsi fonunda baş verib.
Qeyd olunur ki, daha əvvəl IRNA agentliyi İranın ABŞ ilə danışıqların ikinci raundunda iştirakdan imtina etdiyini yazmışdı.
Daha sonra "Axios" portalı İranda ABŞ-nin hərbi əməliyyatları bərpa edə biləcəyi ilə bağlı şübhələrin yarandığını bildirmişdi.
Analitiklər hesab edir ki, Yaxın Şərqdə gərginliyin artması neft bazarında qiymətlərin yüksəlməsinə əsas səbəblərdən biridir.