BAKI, 17 aprel. TELEQRAF

"Rusiya-Azərbaycan arasında turist səfərləri artsa da daha yüksək imkanlar var. Ötən gün Rusiyanın daha çox şəhərlərindən Azərbaycana səfərlər üçün uçuş zolağının genişləndirilməsi istiqamətində danışıqlar apardıq".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı deyib:

"Azərbaycanda çox sayda müasir standarlara cavab verən beynəlxalq hava limanları şəbəkəsi yaradılıb. Zəngilan, Füzuli hava limanlarında olduq. Bu imkanlardan istifadə etməliyik".