BAKI, 17 aprel. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) xidmət coğrafiyasını genişləndirərək Kürdəmir stansiyasını yenidən sərnişinlərin istifadəsinə verir.
Teleqraf xəbər verir ki, 17 aprel tarixindən etibarən Kürdəmir istiqaməti üzrə bilet satışına başlanılıb.
Məlumata görə, 18 apreldən etibarən Kürdəmirə səfərlər həftənin bütün günləri təşkil olunacaq. Bu istiqamət üzrə qatarlar Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı və Bakı–Ağstafa–Bakı marşrutları üzrə hərəkət edəcək. Bakı–Ağstafa–Bakı reysləri isə təyinatına uyğun olaraq əsasən həftəsonları və bayram günlərində həyata keçiriləcək.
Sərnişinlər biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” tətbiqi vasitəsilə əldə edə bilərlər.