BAKI, 17 aprel. TELEQRAF

Azərbaycan–Rusiya İşgüzar Şurası çərçivəsində “Technopolis Khimgrad” ilə “Next-T” şirkətləri arasında Sumqayıt Kimya-Sənaye Parkında rezident statusunun əldə edilməsi ilə bağlı saziş imzalanıb.

Teleqraf xəbər verir ki, saziş bu şirkətlərə Sumqayıt Kimya Sənaye Parkında rezident statusunun verilməsini nəzərdə tutur.

Sazişi “Next-T” ASC-nin, “NexTouch Group” şirkətlər qrupunun baş direktoru Vladimir Krikuşenko və “Technopolis Khimgrad” ASC-nin baş direktoru Ayrat Gizzətullin imzalayıb.