BAKI, 17 mart. TELEQRAF

Ötən il neft-qaz sektoru üzrə profisit 13.8 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov 2025-ci ilin yekunlarına dair Tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.

O əlavə edib ki, qeyri-neft-qaz sektoru üzrə 10.4 milyard dollar kəsir yaranıb.