BAKI, 4 fevral. TELEQRAF
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını aprelin 2-də verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazimov qeyd edib.
Mərkəzi Bank 2026-cı ildə faiz dəhlizinin parametrlərinə dair 8 toplantı keçirəcək. Bu qərarlar 2 aprel, 6 may 24 iyun, 5 avqust, 23 sentyabr, 4 noyabr, 23 dekabrda veriləcək.
2026-cı ilin 4 fevral, 6 may, 5 avqust və 4 noyabr tarixlərində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaq, həmçinin həmin günlərdə ekspertlərlə görüşlər keçiriləcəkdir. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.