BAKI, 4 fevral. TELEQRAF
2025-ci ildə xarici ticarət tərəfdaşlarındaki inflyasiya 8,3 faiz təşkil edib. Bu da illik inflyasiyaya 2,91 faiz artırıcı təsir göstərib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.
Onun dözlərinə görə, kənd təsərrüfatı istehsalçıları qiymətləri indeksi 5,8 faiz təşkil edib. Bu da inflyasiyaya 2,67 faiz artırıcı təsir göstərib.