BAKI, 4 fevral. TELEQRAF
Birjalarda qızılın qiyməti yenidən 5000 dolları ötüb.
Teleqraf xəbər verir ki, ABŞ və İran arasında gərginliyin yenidən artdığına dair əlamətlər investorlar arasında təhlükəsiz liman aktivlərinə tələbi gücləndirib və bu da qızıl külçəsinə marağın artmasına səbəb olub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızıl fyuçersləri 3.30% dəyər qazanaraq 5098 ABŞ dollarına bərabər olub.
COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 5.28% bahalaşaraq 87.69 ABŞ dolları təşkil edib.