BAKI, 3 fevral. TELEQRAF

Avropa İttifaqında Rusiyadan nefti yalnız Macarıstan və Slovakiya alır. Qaz tədarükünə gəlincə, isə Avropa Komissiyasının (AK) bu barədə dəqiq məlumatı yoxdur.

Teleqraf xəbər verir ki, bu barədə Komissiyanın sözçüsü Anna-Kaisa İtkonen qeyd edib.

Onun sözlərinə görə, Rusiya nefti sanksiyalar altındadır və sanksiya qadağalarından yalnız Macarıstan və Slovakiya üçün istisna tətbiq olunur.

Rusiya qazı ilə bağlı isə dəqiq məlumat təqdim edə bilmədiyini deyən sözçü qeyd edib ki, Komissiyanın yalnız qazın giriş nöqtələri üzrə məlumatları var, lakin sonradan həcmlərin hara yönəldilməsi məlum deyil.

İtkkonen əlavə edib ki, fevralın 2-dən Aİ ölkələrinin Rusiyadan qaz idxalını qadağan qərar qüvvəyə minib. Növbəti mərhələdə Aİ tərəfindən Rusiyadan qaz alışı həcmlərinin azalacağı gözlənilir. Yeni qaz tədarükü müqavilələrinin bağlanmasına dair qadağa isə altı həftə sonra tətbiq olunacaq.

Qeyd edək ki, hazırda Rusiya Aİ-nin ümumi qaz idxalının təxminən 13%-ni təşkil edir. Yanvar ayında Rusiyadan qaz idxalı nəzərəçarpacaq dərəcədə artıb.