BAKI, 2 fevral. TELEQRAF
Sabah Siyəzənin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Teleqraf-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Siyəzəndə istismarda olan yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması ilə əlaqədar olaraq sabah saat 10:00-dan etibarən qaz təchizatı daxildən dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ş.İ.Xətai, A.Zahirov, O.Qoçəliyev, B.Bayramov və H.Z.Tağıyev küçələri olmaqla ümumilikdə 820 abonentin qaz təchizatında fasilə yaranacaq.