BAKI, 2 fevral. TELEQRAF

OPEC+ ölkələri yeni qrafikə əsasən 2026-cı ilin yanvar–iyun aylarında neftin normadan artıq hasilatını aylıq 659 min barel/gündən 807 min barel/günədək kompensasiya edəcəklər.

Teleqraf xəbər verir ki, bu OPEC katibliyinin İraq, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan və Omandan aldığı yenilənmiş kompensasiya planlarında əksini tapıb.

Qrafikə görə, bu həcmin böyük hissəsi (gündəlik 503 min bareldən 669 min barelədək) Qazaxıstanın payına düşəcək.

Yanvar ayında ümumi kompensasiya həcmi gündəlik 659 min barel olub. Bu həcm fevralda gündəlik 789 min barel, martda 665 min barel, apreldə 706 min barel, mayda 707 min barel, iyun ayında isə 807 min barel təşkil edəcək.