BAKI, 2 fevral. TELEQRAF
Bu gün Binəqədinin bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq.
Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 11:30-dan 14:00-dək Binəqədi rayonunun Xocəsən qəsəbəsi və Motodrom yaşayış massivi, saat 11:30-dan 15:00-dək Binəqədi kəndi, Bakıxanov, G. Rüstəmov küçələri, eləcə də bu ünvanlara yaxın ərazidə yerləşən yeni yaşayış sahəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Məlumata görə, təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.