BAKI, 2 fevral. TELEQRAF
Nyu-York Əmtəə Birjasının COMEX bölməsində 2026-cı ilin fevral ayı üçün tədarüklə qızıl fyuçerslərinin qiyməti 19 yanvardan sonra ilk dəfə bir unsiya üçün 4700 dollardan aşağı enib.
Teleqraf xəbər verir ki, ticarət platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 04:10-a olan göstəriciyə əsasən, qızılın qiyməti 4 666,5 dollar təşkil edib ki, bu da 4,91 faiz azalma deməkdir.
Saat 04:15-də isə eniş daha da sürətlənib və qiymət 4 644,8 dollara (-5,35 faiz) düşüb. Bununla da qızılın bir unsiyasının dəyəri 19 yanvardan sonra ilk dəfə 4650 dollar səviyyəsindən aşağı olub.
Məlumata görə, eniş 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan qızıl fyuçersləri üzrə ticarət əməliyyatları çərçivəsində qeydə alınıb.