BAKI, 19 yanvar. TELEQRAF
2025-ci ildə Azərbaycanda ölkə əhalisinin nominal gəlirləri 2024-cü ilə nisbətən 8 faiz artaraq 89 milyard 916 milyon manat və ya hər nəfərə orta hesabla 87 77,6 manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Əhalinin sərəncamında qalan gəlirləri 79 945,3 milyon manat təşkil edib.