BAKI, 16 yanvar. TELEQRAF

“Azər Türk Bank”ın 2025-ci ildə xalis mənfəəti 52,45% azalıb.

Teleqraf xəbər verir ki, bankın 2024-cü ildə xalis mənfəəti 21 milyon 308 min manat təşkil edib, lakin maliyyə qurumu ötən ili 10 milyon 131 min manat mənfəətlə başa vurub.

Bankın öhdəlikləri 2025-ci ilin dekabrın 31-nə 93 milyon 496 min manat və ya 4,73% artaraq 2 milyard 71 milyon 53 min manat təşkil edib. 2024-cü ildə bu rəqəm 1 milyard 977 milyon 557 min manat idi.

“Azər Türk Bank”ın mərkəzi bank və dövlət fondları qarşısında öhdəlikləri 7,53%-ə yaxın artaraq 205 milyon 958 min manata yüksəlib (2024-cü ildə - 191 milyon 541 min manat).

Ötən il bankın borc qiymətli kağızları 1 milyon 800 min manat təşkil edib. 2024-cü ildə bankın bu cür investisiyası olmayıb.

Maliyyə qurumunun səhmdar kapitalı 2 dəfədən çox artaraq 100 milyon 500 min manat təşkil edib.