BAKI, 30 dekabr. TELEQRAF

Bu ilin dekabr ayının 24-ü vəziyyətinə 921,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, səpin aparılan sahənin 911,2 min hektarını dən üçün payızlıq bitkilər təşkil edib. Onun da 444,7 min hektarı buğda, 466,4 min hektarı arpa, 0,1 min hektarı isə çovdar əkinlərinin payına düşür.

Ən çox buğda bitkisi Cəlilabad (54,0 min ha), Füzuli (23,2 min ha), Ağcabədi (18,8 min ha), İsmayıllı, Şəki (hər biri 18,7 min ha), Hacıqabul (15,4 min ha), Qobustan (13,1 min ha) və Şamaxıda (13,0 min ha), ən çox arpa Şəki (41,2 min ha), Kürdəmir (31,7 min ha), Neftçala (28,8 min ha), Biləsuvar (24,1 min ha), Ağsu (18,9 min ha), Qobustan (17,5 min ha) və Füzulidə (17,0 min ha) səpilib.