BAKI, 30 dekabr. TELEQRAF
2025-ci ilin noyabrında Türkiyədə işsizlik 8,6 faizə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu (TÜİK) məlumat yayıb.
Qurumun araşdırmasına görə, 15 və daha yuxarı yaşda olan işsizlərin sayı noyabrda əvvəlki ayla müqayisədə 54 min nəfər artaraq 3 milyon 98 min nəfərə çatıb.
İşsizlik səviyyəsi kişilər arasında 7 faiz, qadınlar arasında isə 11,8 faiz qiymətləndirilib.
Hesabat dövründə məşğul əhalinin sayı əvvəlki ayla müqayisədə 75 min nəfər artaraq 32 milyon 737 min nəfər olub.
Məşğulluq 0,1 faiz bəndi yüksələrək 49,2 faiz təşkil edib. Bu göstərici kişilər arasında 66,8 faiz, qadınlar arasında isə 31,9 faiz olub.
15–24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə dəyişməyərək 15,4 faiz olub. Bu yaş qrupunda işsizlik göstəricisi kişilər arasında 10,6 faiz, qadınlar arasında isə 24,4 faiz səviyyəsində qiymətləndirilib.