BAKI, 30 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dolları təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr sayında qeyd olunub.
Bu ilin yanvar- noyabr aylarında yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard dollara bərabər olub.
Cari ilin on bir ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 19,6 milyon ABŞ dolları və ya 52,4%, meyvə-tərəvəz 179,6 milyon ABŞ dolları və ya 28,6%, alüminium və onlardan hazırlanan məmulatlar 30,6 milyon ABŞ dolları və ya 16,8%, kimya sənayesi məhsulları 36,9 milyon ABŞ dolları və ya 13,9%, pambıq iplik 3,6 milyon ABŞ dolları və ya 13,3%, çay 177,6 min ABŞ dolları və ya 3%, bitki və heyvan mənşəli piylər və yağlar 500,2 min ABŞ dolları və ya 2% artıb.