BAKI, 29 dekabr. TELEQRAF
2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində pərakəndə ticarət dövriyyəsinin həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz artaraq 34 miyard 605,5 milyon manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 0,4 faiz artaraq 19 milyard 253,8 milyon manata, qeyri-ərzaq malları isə 9,5 faiz artaraq 15 milyard 351,7 milyon manat olub.
Əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,4 faiz, fərdi sahibkarlar, bazar və yarmarkalarda isə 2,7 faiz artıb. İstehlak məhsullarının 36,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 52,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 11,2 faizi isə paytaxtın əmtəə bazarlarında satılıb.