BAKI, 29 dekabr. TELEQRAF
Bu ilin yanvar-noyabr aylarında Bakıda ictimai iaşə dövriyyəsinin həcmi 1 milyard 948,7 milyon manat təşkil edib.
Bu barədə Teleqraf-a Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.
İctimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 14,6 faiz artıb. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 933 milyon manat olub ki, bu da ümumi dövriyyənin 47,9 faizini təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda ictimai iaşə dövriyyəsi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,8 faiz artaraq 2 milyard 488,8 milyon manat olub. Bu dövriyyənin 78,3 faizi Bakının, qalan 21,7 faizi isə ölkənin digər şəhər və rayonlarının payına düşüb.