BAKI, 29 dekabr. TELEQRAF

2025-ci ilin yanvar-noyabr aylarında Bakı şəhərində sənayedə qeyri-dövlət sektorunun payı 83,1 faiz olub.

Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 46 milyard manat təşkil edib.

Sənaye məhsulunun 72,8 faizi mədənçıxarma, 23,5 faizi emal, 2,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 88,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 11,3 faiz təşkil edib.

İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilib.