BAKI, 26 noyabr. TELEQRAF

Akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi tibbi cihazlar və alətlər alacaq.

Teleqraf xəbər verir ki, Mərkəz bununla əlaqədar "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti ilə 1 milyon 183 min 585,91 manat dəyərində müqavilə imzalayıb.

Qeyd edək ki, "Azəri Med" QSC 2004-cü ildə dövlət qeydiyyatına alınıb.

Nizamnamə kapitalı 8 milyon 255 min 510 manat olan şirkətin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğludur.