BAKI, 26 noyabr. TELEQRAF

Dövlət qurumları və özəl sektor tərəfindən data əsaslı həllərə keçidin təmin edilməsi, sünni intellekt həllərinin tədbiqi üçün texnoloji mühitinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən superkompüter infrastrukturunun qurulmasına başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən “2-ci Beynəlxalq Caspian Innovation Forumun”da iqtisadiyyat nazirinin müşaviri Rauf Nəcəfli deyib.

O qeyd edib ki, təxminlərə əsasən, süni intellekt 2040-cı ilədək qlobal iqtisadiyyata təxminən 20 trilyon dollara yaxın əlavə dəyər qata bilər.

Rauf Nəcəflinin sözlərinə görə, ölkədə yaradılan yeni superkompüter infrastrukturu sənayedə proseslərin optimalaşdırılması, enerji səmərəliyi, prediktiv analitika, eləcə də süni intellektin əsaslı istehsal idarəetməsi kimi istiqamətlərdə geniş tədbiq imkanı yaradacaq.

“Qlobal iqtisadiyyatın sürətlə dəyişdiyi, rəqəmsal transformasiya, süni intellekt və təmiz enerji həllərinin yeni prioritetlər müəyyən etdiyi bir zamanda Azərbaycan öz inkişaf modelini yenidən formalaşdırır:

“Ölkəmizdə yaradılmış biznes və investisya mühiti “Moody’s”, “Fitch”, S&P kimi beynəlxalq reyting agentlikləri tərəfindən yüksək qiymətləndirilir.

Bu nəticələrin əldə olunmasında qeyri-neft sektorunun inkişafı xüsusi rol oynayır. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması və proseslərin optimallaşdırılması ölkəmizin inkişaf göstəricilərini əhəmiyyətli dərəcədə artırır.

2030-cu ilə qədər hədəfimiz aydındır: tam rəqəmsallaşdırılmış sənaye bazası, yüksək ixtisaslı işçi qüvvəsi və transformasiya olunmuş iqtisadi sektor. Bu istiqamətdə artıq Nazirliyin tabeliyində IV Sənaye İnqilabı Təhlili və Koordinasiya Mərkəzi və ya 4SİM tərəfindən yerli və beynəlxalq tərəfdaşlarla birlikdə hazırlanmış sənaye 4.0 hazırlıq proqramına start verilib. Proqramın məqsədi sənaye 4.0 texnologiyalarının inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların təşviqi yolu ilə yerli müəssisələrin rəqəbat gücünü yüksəltmək, bununla da ölkə iqtisadiyyatınım ümumi inkişafına tövbə verməkdir. Bu transformasiyanı sürətləndirmək üçün Sənaye 4.0 mərkəzi yaradılır. Bu mərkəz sadəcə bir bina yox, ideyaların formalaşdığı, istedadların bir araya gəldiyi, eyni zamanda qlobal innovasiya ilə yerli tələbət arasında körpü rolunu oynayan bir məkan olacaq” -, o əlavə edib.