BAKI, 26 noyabr. TELEQRAF
Bu gün dünyada kibertəhdidlərin vurduğu zərərlərdə yüksəlmə dinamikası var.
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən “2-ci Beynəlxalq Caspian Innovation Forumun”da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov deyib.
O qeyd edib ki, bu dinamikanı hər kəs müşahidə edir:
“Hətta mən görürəm ki, idman sahəsində, biznesin müxtəlif sahələrində, müxtəlif fəaliyyət sahələrində olan insanlar kibertəhlikəsizlikdən və kibertəhdidlərin vurduğu ziyanlardan danışır. Kbertəhdidlərin hədəfi telefonlar, ağıllı əşyalar, ağıllı tozsoranlar, televizor, soyuducu və s. əşyalardır:
“Bunlar vasitəsilə bizim həyatımız bir hədəfə çevrilir. Azərbaycanda kibertəhdidlərlə mübarizə sahəsində fəaliyyət qurmaq məqsədilə xarici təcrübə öyrənilib. Ölkəmizdə kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı demək olaraq ki, qanunvericilik toplusu hazırlanıb, normativ aktlar artıq təsdiqlənib və bu sahədə fəaliyyət başlayıb”.