BAKI, 26 noyabr. TELEQRAF

ADY artan sərnişin tələbatını təmin etmək məqsədilə 29 və 30 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

Bu barədə Teleqraf-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Qeyd edək ki, qatar Bakıdan Ağstafaya səhər saat 08:30-da, Ağstafadan Bakıya isə 17:20-də yola düşəcək.