BAKI, 25 noyabr. TELEQRAF
Britaniya Çin bioldizelinə qarşı antidempinq rüsumları tətbiq edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Belə ki, hökumətin bu qərarına səbəb Çindən idxal edilən məhsulun ədalətsiz dərəcədə aşağı qiymətlərlə satıldığının müəyyən edilməsi olub.
Eyni zamanda, Çindən gətirilən bioldizelin “Argent Energy” və “Olleco” da daxil olmaqla britaniyalı istehsalçılara ciddi zərər vurduğu müəyyənləşib.
Rüsumlar bu gündən qüvvəyə minəcək. Rüsum həddləri antidempinq araşdırmalarına daxil edilməyən ixracatçılar üçün 14,79%, digər bütün ixracatçılar üçün isə 54,64% olacaq.