BAKI, 24 noyabr. TELEQRAF

Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə qeyri yaşayış binalarının (məktəb, bağça və qazanxana) təmir - bərpa, kommunikasiya, yaşıllıq və abadlıq işləri görüləcək.

Teleqraf xəbər verir ki, bunun üçün 3 milyon 225 min 963 manat vəsait xərclənməsi planlaşdırılır.

Qeyd edək ki, müvafiq işlərə Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi nəzarət edəcək.