BAKI, 21 noyabr. TELEQRAF

Bu ilin ilk 10 ayında Azərbaycan 176 milyon 679.94 min ABŞ dollar dəyərində pambıq ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,77% azdır. Belə ki, ötən ilin yanvar–oktyabr aylarında pambıq ixracının dəyəri 191 milyon 582,99 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycandan pambıq idxalının dəyəri isə 8 milyon 262.66 min ABŞ dolları olub.

Bu isə 1 il əvvələ nisbətən 4.5 faiz çoxdur.

Qeyd edək ki, yanvar- oktyabr aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 0.82%-ni, idxal isə ümumi idxalın 0.04%-ni təşkil edib.