BAKI, 21 noyabr. TELEQRAF
Azərbaycan və İsrail neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsini müzakirə edib.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində hesabında paylaşım edib.
Görüş zamanı enerji və su sektorlarında mövcud əməkdaşlığın gücləndirilməsi, neft-qaz sahəsində birgə fəaliyyətin dərinləşdirilməsi barədə fikir mübadiləsi apardıq."-deyə paylaşımda bildirilib.