BAKI, 18 noyabr. TELEQRAF

Bu ilin oktyabrın 1-nə ölkədə aztəminatlı ailələrə verilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ən yüksək Qazax–Tovuz iqtisadi rayonunda qeydə alınıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ 101,24 manat təşkil edir. Həmin iqtisadi rayona daxil olan Şəmkirdə isə vətəndaşlar orta hesabla 103,06 manat yardım alırlar.

Qazax–Tovuz iqtisadi rayonundan sonra ən yüksək göstərici Mərkəzi Aran iqtisadi rayonunda müşahidə olunub. Burada ünvanlı sosial yardımın orta aylıq məbləği 99,43 manat təşkil edir.

Ən aşağı göstərici isə Şərqi Zəngəzur iqtisadi rayonunda müşahidə olunub. Cari ilin 9 ayında burada yardımın orta aylıq məbləği 95,09 manat olub. Həmin iqtisadi rayona daxil olan Qubadlıda aztəminatlı ailələrə ödənilən yardımın orta aylıq məbləği 93,82 manatdır.