BAKI, 10 noyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 2 milyon 766,6 ton mis konsentratı istehsal edilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 24,7 dəfə artım olub.
Noyabrın 1-i vəziyyətinə ölkənin hazır məhsul ehtiyatı 200,7 ton təşkil edib.