BAKI, 4 sentyabr. TELEQRAF
Ukrayna Hərbi Hava Qüvvələri Soçi şəhərində Rusiyanın hava hücumundan müdafiə diviziyasının obyektinə hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Soçi sakinləri çoxsaylı partlayışların səsləndiyini və daha sonra yanğın baş verdiyini bildiriblər.
Partlayış Abxaziya (Gürcüstan) ilə sərhəddə, Psoy çayının yaxınlığında yerləşən Sirius qəsəbəsi ərazisində baş verib. Məlumata görə, həmin ərazidə Rusiyanın S-300 və ya S-400 zenit-raket kompleksi yerləşir.
Bundan əlavə, hava hücumu fonunda Soçidə neft bazasında da yanğın baş verib.