BAKI, 6 noyabr. TELEQRAF
Bu il noyabrın 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 4,8 faiz artaraq 845,4 min olub.
Teleqraf " xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 9 faiz artaraq 57,6 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 5,7 faiz artaraq 229,8 min təşkil edib.