BAKI, 3 noyabr. TELEQRAF

Azərbaycan Dəmir Yolları QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 7-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bakıdan Ağstafaya gedən qatar səhər saat 08:30-da, Ağstafadan Bakıya qayıdan qatar isə 17:20-də yola düşəcək.