BAKI, 30 oktyabr. TELEQRAF
Şəmkir şəhərində avtomobil yolları təmir ediləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərin icrasına 1 milyon 554 min 331 manat ayrılması planlaşdırılır.
Həmin məbləğ hesabına şəhərin Nəriman Nərimanov, Xəqani İbrahimli, Rəşad Yusibov, Həsən Əliyev, Təbriz, Şıxəli Qurbanov, Əhməd Cavad, Zaur Sarıyev küçələri, eləcə də, Molla Pənah Vaqif və Elşən Allahverdiyev küçəsində yolların təmiri aparılacaq.
Qeyd edək ki, sözügedən işlərə Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi nəzarət edəcək.