BAKI, 29 oktyabr. TELEQRAF

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini “Azadlıq prospekti” metrostansiyası ilə əlaqələndirən 71 nömrəli şəhərdaxili və “Elmlər Akademiyası” metrostansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə keçirilən müsabiqələrin qalibi müəyyən edilib.

Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf-a verilən məlumata görə, 71 və 206 nömrəli marşrutlar üzrə hüquqi şəxs "Xaliq Faiqoğlu" MMC komissiya üzvləri tərəfindən qalib elan olunub.

Qeyd edək ki, müsabiqələrin nəticələrinə əsasən, 71 nömrəli marşrut üzrə istismar ediləcək 10 nəqliyyat vasitəsi 2025-ci il istehsalı olan müasir avtobuslardır.