BAKI, 29 oktyabr. TELEQRAF
Azərbaycanda fəaliyyət göstərən iki şirkətin — “VELLTEK A/S” şirkətinin Azərbaycandakı filialı və “NESS CO.” MMC-nin vergi orqanlarına borcları yığılıb.
Teleqraf xəbər verir ki, “VELLTEK A/S” şirkətinin Azərbaycandakı filialının rəhbəri Devid Alan Kleyton (David Alan Clayton)-dur.
Qurum 23 yanvar 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hazırda şirkətin 35 min 653,19 manat məbləğində vergi borcu var.
Digər məlumat isə 2012-ci ildə yaradılan “NESS CO.” MMC ilə bağlıdır. Şirkət 200 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, qanuni təmsilçisi isə Mahru Norton Baba qızıdır. Məlumata görə, “NESS CO.” MMC-nin 15 min 808,9 manat borcu var.
Qeyd edək ki, “NESS CO.” MMC biznes dəstək xidmətləri üzrə ixtisaslaşıb və HR autsorsinqi, işə qəbul, ISO sistemləri üzrə konsaltinq, səfərlərin idarə edilməsi və mühasibat xidmətləri göstərir.