BAKI, 27 oktyabr. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə 1 noyabrda Bakı-Ağstafa, 2 noyabrda isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.

ADY-dən Teleqraf-a verilən məluamata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.