BAKI, 22 oktyabr. TELEQRAF
"Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsində müsbət meyillər müşahidə olunur".
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən bu göstərici 1,8 faiz bəndi azalaraq 29%-ə enib.
Taleh Kazımov əlavə edib ki, 2021-ci ilin sonunda bu göstərici 40,6% təşkil edirdi.