BAKI, 21 oktyabr. TELEQRAF
Oktyabrın 26-dan Bakı–Tbilisi–Bakı reysləri Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.
Qurumdan bildirilib ki, qeyd olunan tarixdən başlayaraq sərnişinlər uçuş və qeydiyyat prosedurları üçün 1-ci Terminala yaxınlaşmalıdır.